TRT-də hər bazar günü yayımlanan və kəşfiyyat fəaliyyətini əks etdirən məşhur "Təşkilat" serialında baş rolun ifaçısı ilə rejissorun karavanda gizli sevişdiyi anda yaxalanmaları "bomba effekti" yaradıb.

Mia.az xəbər verir ki, bu məlumatı məşhur jurnalst Birsen Altuntaş sosial şəbəkədəki səhifəsində paylaşıb.

O, ad çəkmədən yazıb ki, evli qadın baş rol ifaçısı serialın çəkilişləri zamanı evli rejissorla karavan tipli maşında sevişərkən tutulub: "Bilirəm ki, bu paylaşımı çıxıb təkzib edəcəklər. Ona görə ad çəkmirəm...".

Qısa zamanda "suç üstə" yaxalananların "Təşkilat" serialının qadın baş rol ifaçısı Dəniz Baysalla filmin rejissoru olduğu aydınlaşıb.

2019-cu ildə müğənni Barış Yurtçu ilə ailə quran və indi adı gizli eşq qalmaqalında hallanan 31 yaşlı Deniz Baysal bir qadın izləyicinin jurnalistin paylaşımına yazdığı "Bunu niyə gizlədirsiniz ki? Həmin şəxslər Deniz Baysalla rejissor Burak Arlıer olub" şərhinə operativ cavab verib: "Siz nəyə əsaslanaraq bizə bu iftiranı atırsnız? Qadın anonim xəbər verir, siz də burada ifritə ovuna çıxırısınız, xanım...".

Mia.az həm jurnalistin, həm də aktrisanın paylaşımlarını aşağıda olduğu kimi təqdim edir:

Ləman

Mia.az