AK Partiyanın parlamentdəki qrupu Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini rəsmən irəli sürüb.
Mia.az xəbər verir ki, bununla da Ərdoğan mayın 14-də keçiriləcək seçkilərdə yenidən yarışda olacaq.
Qeyd edək ki, son günlər Türkiyədə bəzi siyasilər Ərdoğanın son anda prezidentliyə namizədlikdən vaz keçərək, deputat seçksinə qatılacağını iddia edirdi. Bu gün isə atılan bu addımla həmin iddia yalanlanıb.
Lamiyə
Mia.az