Sosial şəbəkədə sürətlə yayılan və "Kiçik dinazavor"ı xatırladan canlının videosu böyük marağa səbəb olub.

Mia.az xəbər verir ki, bir Tviter istifadəçisinin paylaşımı qısa müddətDə 50 milyon tərəfindən izlənilib.

Tvitter istifadəçisi bildirib ki, həmin canlını təsadüfən fərq edib. O, ehtiyat tədbiri olaraq əlinə çubuq alaraq heyvanın reaksiyasını yoxlayıb.

Məsələ ilə bağlı amerikalı alimlər açıqlama verib.

Onlar bildirib ki, bu nadir canlı "Eupithecia orichloris" ailəsindəndir: "Bunların kökü Havay adalarında yaşayır. Böcək yeyir, tırtıl kimi sürfə formasına sahibdirlər".

Maraqlı budur ki, müzakirəyə qatılan digər elm adamları bu açıqlama ilə razılaşmayıblar.

Lamiyə

Mia.az