Türkiyənin zəlzələ baş verən bölgəsində ötən gün yağan  güclü yağış yeni fəlakətlərə yol açıb.

Mia.az xəbər verir ki,  bu barədə şəhər valisi Numan Hatipoğlu açıqlama verib.

O bildirib ki güclü yağışın yaratdığı sel Adıyamanda bağçada zəlzələdən zərərçəkənlər üçün qurulan bir konteyneri aparıb: "Nəticədə konteynerdə olan 1 nəfər ölüb, 4 nəfər itkin düşüb".

Vali onu da deyib ki, çadır şəhərçiyini də su basıb: "Hazırda şəhərçiyin bir hissəsindəki çadırlar başqa yerə köçürülür".

Lamiyə,

MİA.AZ