Bu gün Laçın yolunun Şuşadan keçən hissəsində ermənilərin ekoloji terroruna qarşı fasiləsiz etiraz aksiyasından 91 gün ötür
Mia.az xəbər verir ki, azərbaycanlılar ermənilərin ekoloji terrorunun dayandırılması üçün bu gün də plakatlar qalıdırıb, şüarları səsləndirirlər.
Qeyd edək ki, aksiyaya baxmayaraq Laçın yolu humanitar məqsədlər üçün tamamilə açıqdır.
***
Bu gün saat 10.00-a olan məlumata görə, Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 9 maşın aksiyanın keçirildiyi ərazidən maneəsiz hərəkət edib.
***
Bu gün saat 17.05-ə olan məlumata görə, Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 35 maşın hər iki istiqamətə maneəsiz hərəkət edib.
Bununla da aksiyanın keçirildiyi yolda maneəsiz hərəkət edən sülhməramlılara məxsus avtomobillərin sayı 44-ə yüksəlib.
***
Saat 20.00-a olan məlumata görə, sülhməramlılarına məxsus daha 12 maşın yoldan maneəsiz hərəkət edib.
Bununla da aksiyanın keçirildiyi yolda maneəsiz hərəkət edən sülhməramlılara məxsus avtomobillərin sayı 56-ya yüksəlib.
Samir MUSAYEV
MİA.AZ