Türkiyədə mayın 14-də prezident və parlament seçkilərinin keçriləcəyi rəsmən təsdiqlənib.
MİA.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, seçki rəqabəti hazırda Ərdoğanın lideri olduğu Cumhur İttifaqı ilə Kılıçdaroğlunun lideri olduğu Millət İttifaqı arasında gedəcəyi şəksizdir.
Məlumata görə, hər iki seçkii bloku qalib gəmək üçün digər partiyalarını da yanlarına çəkməyə başlayıb.
Türkiyə mtbuatı yazır ki, bu gün yerli vaxtla saat 18.00-da Ərdoğan iqamətgahında Demokratik Sol Partiyasının lideri Önder Aksakalını qəbul edəcək.
Gözlənilir ki, bu görüşdə o, rəsmən Cumhur İttifaqına qoşulmalaırnı bəyan edəcək.
Yayılan digər məlumata görə, Ərdoğan Ana Vətən Partiyası ilə Fatih Ərbakanın lideri olduğu Yenidən Rifah Partiyasını da ittifaqa cəlb etməyə can atır.
Lamiyə Əhmədli
MİA.AZ