Bu gün Laçın yolunun Şuşadan keçən hissəsində ermənilərin ekoloji terroruna qarşı fasiləsiz etiraz aksiyasından düz 89 gün ötür.
Mia.az xəbər verir ki, könüllü ekofəallar sülhməramlıların nəzarətində olan ərazidə ekoloji terrorun dayandırılması və Azərbaycanın rəsmi qurumlarının həmin yerlərdə monitorinq aparmalarını tələbi barədə ənənəvi şüarları səsləndirirlər.
Qeyd edək ki, aksiyaya baxmayaraq Laçın yolu humanitar məqsədlər üçün tamamilə açıqdır.
Bu gün saat 09.00.-a olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 9 maşında olan erməni ailələri Xankəndi-Laçın yolu ilə Xankəndidə Ermənistana gediblər.
***
Bu gün saat 10.34-ə olan məlumata görə, sülhməramlılara məxsus 3 maşın Laçın yolunda maneəsiz hərəkət edib.
***
Bu gün saat 12.45-ə olan məlumata görə, sülhməramlılara məxsus daha 38 maşın Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da gün ərzində hələlik yoldan maneəsiz hərəkət edən sülhməramlıların maşınlarının sayı 41-ə yüksəlib.
***
Bu gün saat 15.16-ya olan məlumata görə, sülhməramlılara məxsus daha 25 maşın Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da gün ərzində hələlik yoldan maneəsiz hərəkət edən sülhməramlıların maşınlarının sayı 66-ya yüksəlib.
***
Bu gün saat 18.00.-a olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus daha 9 maşın Xankəndiyə yollanıb.
***
Bu gün saat 20.50-yə olan məlumata görə, sülhməramlılara məxsus daha 15 maşın Laçın yolunda maneəsiz hərəkət edib. Bununla da gün ərzində yoldan maneəsiz hərəkət edən sülhməramlıların maşınlarının sayı 81-ə çatıb.
Samir MUSAYEV
MİA.AZ