Türkiyənin İstanbul şəhərində - Karaköydə restoreanların birində polislərlə dava edən məşhur aktrisa Ayşəgül Çinar və sevgilisi Fürkan Çalıkoğlu həbs olunublar.
Mia.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, İstanbul 52-ci Cəza Məhkəməsinin hökmünə əsasən, Ayşegül Çınar "vəzifəli şəxsin səlahiyyətini yerinə yetirməyə maneolma" ittihamına görə 6 ay 22 gün həbs, "vəzifəli şəxsi təhqiretmə" ittihamına görə isə 10 min 600 TL pul cəzası ilə cəzalanıdırlıb.
Hakim hökmdəki həbs cəzasının ertələnməsinə qərar verib.
Aktrisanın sevgilisi isə 5 ayrı iddia üzrə mühakimə olunub və ümumilikdə 8 il 7 ay həbs cəızasına məhkum edilib.
Ləman
Mia.az