Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül Bakıda konsert verəcək.
Mia.az xəbər verir ki, "Dinle", "Vefasız", Sarı, sarı", "Yıkılmadım" və digər ifaları ilə Türkiyənin sevilən müğənnisi olan Mahsun Kırmızıgülün konserti martın 12-də saat 20.00-22.00 arasında Bakı Konqres Mərkəzində baş tutacaq.
Məlumatda deyilir ki, konsert, əslində, fevral ayında olmalı imiş. Lakin Türkiyədəki zəlzələ konsertin təxirə salınmasına səbəb olub.
Konsertlə bağlı diqqətçəkən digər xəbər isə biletlərin həddən artıq baha olmasıdır.
Belə ki, təşkilatçılar biletlərin qiyətinin 55 manatdan 550 manata kimi olduğunu elan etsələr də, hazırda 150 manatdan aşağı qiymətə satışda bletin olmadığı deyilir.
Onu da qeyd edək ki, Mahsun Kırmızıgül sonuncu dəfə 17 il əvəvl Bakıda konsert verib.
Ləman
MİA.AZ