Bu gün 88 gündür Laçın yolunun Şuşadan keçən hissəsində ermənilərin ekoloji terroruna qarşı fasiləsiz etiraz aksiyası davam edir.
Mia.az xəbər verir ki, azərbaycanlı ekofəallar sülhməramlıların nəzarətində olan ərazidə ekoloji terrorun dayandırılması və Azərbaycanın rəsmi qurumlarının həmin yerlərdə monitorinq aparmalarını tələbi barədə şüarlar səsləndirirlər.
Qeyd edək ki, Xankəndiyə gedən yol tamamilə humanitar məqsədlər üçün açıqdır.
Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 6 maşında erməni ailələri Xankəndidən Ermənistana maneəsiz keçid ediblər.
***
Saat 11.00-a olan məlumata görə, sülhməramlılara məxsus 11 maşın ərazidən keçid edib.
***
Saat 12.40-a olan məlumata görə, sülhməramlılara məxsus daha 13 maşın ərazidən keçid edib. Bununla da indiyədək ərazidən keçən maşınların sayı 24-ə çatıb.
***
Saat 16.28-ə olan məlumata görə, sülhməramlılara məxsus daha 57 maşın ərazidən keçid edib. Bununla da indiyədək ərazidən keçən maşınların sayı 81-ə çatıb.
***
Saat 18.00-a olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus daha 6 maşın Ermənistandan Xankəndiyə keçid edib.
Samir MUSAYEV
MİA.AZ