Biləsuvar rayonunda zəlzələ olub.

Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla xəbər verir ki, təkanlar yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda baş verib.

Maqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ ətraf rayonlarda 3 maqnitudaya qədər hiss olunub.