Laçın yolunun Şuşadan keçən hissəsində sülhməramlıları nəzarəti altında olan ərazilərdə ermənilərin ekoloji terroruna qarşı fasiləsiz etiraz aksiyasından bu gün 87 gün ötür.
Mia.az xəbər verir ki, azərbaycanlı ekofəallar ərazidə ekoloji terrorun dayandırılması və Azərbaycanın rəsmi qurumlarının nəzərdtə tutulan ərazilərdə monitorinq aparmalarına şərait yaradılmasını tələb edirlər.
Qeyd edək ki, aksiyaya rəğmən, Xankəndiyə gedən yol tamamilə humanitar məqsədlər üçün açıqdır.
Bu gün isə saat 09.20-dək sülhməramlıların bir avtomobilinin yoldan sərbəst hərəkət etməsinə şərait yaradılıb.
***
Bu gün isə saat 14.00-a olan məlumata görə, bu gün gün ərzində sülhməramlılara məxsus ümumilikdə 54 avtomobil yoldan sərbəst hərəkət edib.
***
Bu gün isə saat 22.00-a olan məlumata görə, sülhməramlılara məxsus daha 18 maşın ərazidən keçid edib. Bununla da gün ərzində ümumilikdə 72 avtomobil yoldan sərbəst hərəkət edib.
Samir MUSAYEV
MİA.AZ