Nəqliyyat naziri Ziya Məmmədov və yaxın ətrafı ilə bağlı gərgin həftələr başlayıb. Çox böyük ehtimalla Ziya Məmmədov və rəhbərlik etdiyi nazirliyin son 3 ildəki fəaliyyəti rəsmi şəkildə dərindən araşdırılacaq.
Məlumatlı şəxsin sözlərinə görə, bir neçə gün əvvəl Ağdaşda səfərdə olan prezident İlham Əliyevin də Ziya Məmmədova sərt irad bildirməsi də yuxarıda söylənilən rəylə əlaqəlidir:
«Bilirsiniz ki, prezident İlham Əliyev yeni magistral yolun tikintisi zamanı ağac kəsiminə növbəti dəfə etiraz etdi. O, Ziya Məmmədovun Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edərkən, nazirə sərt iradını bildirib. Ziya Məmmədov prezident İlham Əliyevə 28 kilometr uzunluğunda yolun yenidən qurulacağını və bu zaman yolun həm də dördzolaqlı olacağını bildirib. Lakin İlham Əliyev buna etiraz edib və deyib ki, «yol dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyfdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm». Bu sözlərdən sonra Ziya Məmmədov çox ppərt vəziyyətə düşşüb. O, hətta bir neçə dəfə prezidentə «oldu cənab Prezident» desə də, onun kadr arxası səhnədə də daha kəskkin danlandığı xəbərləri də var. Bu isə onu göstərir ki, artıq prezidentin özündə belə, Ziya Məmmədova inam qalmayıb».
«Bilirsiniz ki, bir qədər əvvəl paytaxtın sərnişindaşıma nəqliyyatı Ziya Məmmədovun nəzarətindən çıxarılıb. Bir neşə gün əvvəl isə Ziya Məmmədovun səlahiyyətləri bir qədər də məhdudlaşdırıldı. Əgər şəhərdaxili nəqliyyat Hacıbala Abutalıbovun sərəncamına verildisə, budəfəki həmlədə isə Ziya Məmmədov Ramil Usubova məğlub etdirildi. Belə ki, Nazirlər Kabinetinin qərarıyla "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik olundu. Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək. Bu isə həm də Ziya Məmmədovun geniş təsir imkanlarının minimuma endirilməsi və onun ekstremal vəziyyətdə təxribata əl atmaq imkanlarını məhdudlaşdırmaq deməkdir.
Eyni zamanda, bu, nəqliyyat nazirinin Daxili işlər naziri Ramil Usubovla DYP-nin rəisi general Ramiz Zeynalova evakuatorlarla bağlı göstərmək istədiyi gücün cavab zərbəsi oldu. Hansı ki, bu ilin yanvar ayında nəqliyyatçılar DYP-nin tabeliyində olan 150-dən çox evakuatorların lisenziya almasını tələb edirdi. Həmin xəbəri Mia.az-da yaymışdınız. O fakt dəqiq idi. Bəli, şəxsən nazir Ziya Məmmədov göstəriş vermişdir ki, DYP-nin lisenziyasız evakuatorlarının sənədləri alınsın, cərimə olunsun. Buna görə DYP rəisinə bağlı olan evakuatorlar bir müddət dövlət nömrə nişanlarını çıxarıb, hərəkət etmək məcburiyyətində qalmışdılar. Və onlara açıq şəkildə nəqliyyatçılara tabe olmamaq tapşırılmışdı....
Dünən isə jurnalstin döyülməsinin üstünün operativ aşkarlanması və qəsdçinin nazir Ziya Məmmədovun çevrəsinə yaxın olmasının açıqlanması isə daha öldürücü cavab zərbəsi oldu".