Bu gün Laçın yolunun Şuşadan keçən hissəsində ermənilərin ekoloji terroruna qarşı azərbaycanılıların fasiləsiz etiraz aksiyasından 85 gün ötür.
Mia.az xəbər verir ki, azərbaycanlı ekofəallar bu gün də sülhməramlıların müvəqqəti nəzarətində olan ərazidə ekoloji terrorun dayandırılması ilə yanaşı, Azərbaycanın rəsmi qurumlarının monitorinq aparmalarına şərait yaradılmasını tələb edirlər.
Qeyd edək ki, Ermənistanın uydurma iddialarına baxmayaraq, Xankəndiyə gediş-gəliş rahat şəkildə davam edir.
Bu gün saat 11.34-ə kimi Laçın yolunda sülhməramlılara məxsus 21 maşın maneəsiz hərəkət edib.
***
Saat 13.49-a olan məlumata görə, aksiyanın keçirildiyi ərazidən sülhməramlılara məxsus daha 44 maşın maneəsiz keçib.
***
Bu gün saat 17.26-dək ərazidən sülhməramlılara məxsus daha 10 maşın maneəsiz keçib.
Bununla da yolda gün ərzində sərbəst hərəkət edən maşınların sayə 75-ə yüksəlib.
***
Bu gün saat 21.00-dək ərazidən sülhməramlılara məxsus daha 5 maşın maneəsiz keçib.
Bununla da yolda gün ərzində sərbəst hərəkət edən maşınların sayə 80-ə çatıb.
Samir MUSAYEV
MİA.AZ