"2045-ə qədər İstanbulda zəlzələ olmaz".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri məşhur geofizik, professor Övgün Ahmet Ercan  "Leyla Dizdar" Mədəniyət Mərkəzində keçirilən konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, İstanbulda yaxın illərdə 7 bal və ondan yuxarı gücdə zəlzələ gözləmir: "Ümid edirəm, mən yanılmaram. 2045-ci ilə qədər İstanbulda zəlzələ olmaz. Yox, əgər iddia edildiyi kimi, hər an zəlzələ olarsa, Mərmərənin şimalında yaşanacaqları göz önünə gətirsək, vay Türkiyənin halina...".

Professor onu da deyib ki, fevralın 6-da Kahramanmaraş daxil, 11 bölgədə baş verən dəhşətli zəlzələdən sonra yaşananlar da böyük problemlərə yol açır:

"Əhali qorxuya düşərək bu bölgədən qaçır.  Orada indi əsas məsələlərin başında bu köçü dayandırımaq durmalıdır. Təxminən 2 milyon nəfər zəlzələdən sonra oradan köçüb. O bölgənin əhalisi təxminən 13.5 milyondur. Söylədiklərinə görə, zəlzələdən əvvəl zaman-zaman 2 milyon nəfər də oranı müxtəlif səbəblərdən tərk edib. Yəni, ümumilikdə 4 milyon o bölgədən qaçıb. İndi orada 9.5 milyon insan qalıb. Hələ də axın-axxın gedirlər. Bu göçün dərhal durması gərəkdir. Anadolunun kənd təsərrüafatı gücü var. Əgər fermer, əkinçi oradan göçərsə, kim əkib becərəcək?".

Fevralın 6-dakı zəlzələdən sonra bölgədə baş verən xoşagəlməz hallarla bağlı yazdığı "ordu vaxtında bölgəyə buraxılmadığından qorumasız qalan qadınlar zorlandı" postiuna görə haqqında açılan cinayət işinə toxunan professorun sözlərinə görə, bir elm adamı təkcə zəlzələnin böyüklüyünə deyil, onun sosial yaşama təsirləri barədə də vaxtında dövləti xəbərdar etməlidir: "Mənim yazığım həmin məlumat da birbaşa dövləti xəbərdar etmək anlamı daşıyırdı. Bunun səhv olduğunu düşünmürəm".

Lamiyə

Mia.az