Prezident Ərdoğan "6-lı Masa"dakı böhranla bağlı bu gün ilk dəfə açıqlama verib.
Mia.az xəbər verir ki, Ərdoğan jurnalistlərə açıqlamasında belə bir vəziyyətin, yəni İYİ partiya lderi Akşenerin "6-lı Masa"dan (Millət İttifaqı) ayrılacağının gözlənilən olduğunu deyib.
Prezident qeyd edib ki, "6-lı Masa"nın nə etməsinin onlar üçün heç bir əhəmiyyəti yoxdur: "AK Partiya olaraq, Cumhur İttifaqı olaraq onlar nə edər, nə görər, necə addım atar kimi dərdimiz yoxdur. Zatən, Cumhur İttifaqı olaraq hədəfimizi, yolumuzu müəyyən etdik. Bu saat bütün çalışmalarımız bu istiqamətdədir. Yəni, onlar nə edirsə etsin, biz planımız üzərindən, yol xəritəmiz üzərindən çalışmalara davam edirik".
Ərdoğan daha sonra Maral Akşenerin Cumhur İttifaqına cəlb olunacağı iddialaırnı rədd edib: "Tökülən daşları toplamaq kimi bir dərdimiz yoxdur. Bunun ("6-lı Masa"nı nəzərdə tutur - Mia.az) belə olacağını aylar əvvəl demişdik. Oturdular, danışdılar və dağıldılar..."
Ərdoğanın çıxışını tam şəkildə aşağıdakı videodan dinləyə bilərsiniz:
Samir MUSAYEV
MİA.AZ