Kürdəmir rayon Köhünlü kənd sakinini ilan sancıb.
Mia.az AzNews.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında otlaq sahəsində baş verib.
Xəstəxanadan AzNews.az-a bildirilib ki, hazırda M. Alıyevin səhhəti normallaşmaq üzrədir. Xəstənin həyatı təhlükəsi yoxdur.
Xatırladaq ki, ilan sancan şəxsin atası Gülalı Alıyev 2010-cu ildə Milli Məclisə keçirilən seçkilərdə deputat, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Əhliman Əmraslanovun vəkili olub. Hadisə ilə bağlı məlumatlandırılan ATU-nun rektoru xəstəni xüsusi nəzarətə götürüb.