İranda qarşı neft embarqosunu "dəlmək", qızıl qaçaqmalçılığı, çirkli pulların yuyulması və sair ağır ittihamlarla ABŞ-da həbs olunan milyarder Rza Zərrabla müğənni Ebru Gündeş arasında yenidən qalmaqal yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2021-ci ildə rəsmən boşanan milyarderlə müğənni arasında qızları Alara görə məhkəmə çəkişməsi gedir.

Məlumata görə, Zərrab Ebrunu məhkəməyə verərək, onu qızının üzərindəki analıq haqqından məhrum etməklə yanaşı, övladının Türkiyədən çıxşına "yaşıl işıq" yandırılmasını istəyib.  Ebru Gündeş 11 il evli olduğu Zərrabın bu iddiasına qarşı iddia qaldırıb. O, məhkəmədən Zərrabın, ümumiyyətlə, qızlarını görmək hüququnun ləğvini tələb edib.

Bildirilir ki, İstanbul Beykoz məhkəməsi müğənninin iddiasını icraata qəbul edib. İşə may ayında baxılacaq.

Xatırladaq ki, 11 il evli olan və Alara adlı qızlarıı olan Ebru Gündeşlə Rza Zərrab 2021-ci ildə rəsmi olaraq boşanıblar. 39 yaşlı Zərrab boşandıqdan sonra 48 yaşlı Ebru ilə qızının davasına qalxıb. O, qızını müğənni ilə yaşamasına razı olmadığını açıq deyib.

Bununla belə, məlumata görə. Zərrab başqa qadınla evlənib. Müğənni Ebru Gündəş isə başqa bir iranlı biznesmenlə sevgili olduğu deyilir.

Ləman

Mia.az