Fevralın 6-da baş verən zəlzələlərdə bir dostunu itirən müğənni Merve Boluğurun paylaşımı izləyicilərinin kəskin etirazı ilə qarşılanıb.

Mia.az xəbər verir ki, o, zəlzələ bölgəsi Hataya getdiyini yazıb.

Bildirib ki, zəlzəllədə yaxınlarından birini itirib: "Çox ağır fəlakətdir. Əlimizdən gələni etdik orada. Vətəndaşlara yardım etməyə çalışdıq. Mənim də dostum dağıntı altında idi, xilas etmək mümkün olmadı".

Daha sonra o, bloqer Taha Duymazın 19 yaşında dağıntı altında qalmasına toxunub: "Allah məkanını cənnət eləsin. Taleyin önünə keşmək mümkün deyil. Olacaq olan şeylər olur. Öləcək olan ölür. Nə edə bilərik, yəni?"

Ləman

Mia.az