Bu gün CHP, İYİ, Səadət, DEVA, Gələcək və Demokrat partiya liderlərinin seçki bloku olan "6-lı Masa"nın uzun sürən iclası az əvvəl bitib.

Mia.az "Haberturk" TV-yə istinadla xəbər verir ki, Səadət Partiyasının sədri Temel Karamollaoğlunun ev sahibliyi etdiyi toplantıdan yayılan ilk məlumata görə, "6-lı Masa" yenə də prezidentliyə namizədini müəyyən edə bilməyib. Daha dəqiqi, namizədin böyük ölçüdə müəyəyn olunduğunu, ancaq növbəti iclasdan sonra elan olunacağı bəyan olunub: "Növbəti iclasımız yenə də Səadət Partiyasının qərargahında martın 6-da saat 14.00-da olacaq. Həmin iclasda vahid namizədimizin adı açıqlanacaq".

Xatırladaq ki, blokun namizədinin ya CHP lideri Kamal Kılıçdaroğlu, ya da Ankara bələdiyyəsinin sədri Mansur Yavaş olacağı gözləniilir

Zülfiyyə,

Mia.az