"Qalatasaray"ın argentinalı ulduz qolçusu Mauro İkardi qalmaqallı formada boşandığı arvadı Vanda Naranın çılpaq fotosunu paylaşaraq "sən mənim tək kraliçamsan" mesajı məşhur türk müğənnisi Simge Sağın tərəfindən ironiya ilə qarşılanıb.
Mia.az xatırladır ki, İkardi dünən Naranın çılpaq fotosunu paylaşdıqdan dərhal sona silərək, belə mesaj paylaşınb: "O, mənim xanımım, tək eşqim, bu yaşam aləmimdəki kraliçam və qızlarımın anasıdır. Səni çox sevirəm. Qısqancığa, pis hislərə və pis sözlərə qarşı savaşmağımızın nələrə səbəb olduğunu və bizim bu sevgimizi qorumaq üçün nələrdən keçdiyimizi yalnız biz bilirik. Nə qədər axmağı bu qatar yolunda geridə qoyduq... Səni sevirəm və həyatım boyunca sevəcəm, gözəl kraliçam".
Maraqlı budur ki, bu paylaşımdan bir neçə gün əvvəl İkardi ilə "Beşiktaş"ın qızğın tərəfdarı sayılan müğənni Simge Sağının sevgili münasibətləri haqqında Türkiiyənin idman mətbuatı silsilə yazılar yazıb.
Belə ki, argentinalı ulduzu Simge Sağınln məşhur mahnısı olan "Aşkın olayım"ı səhifəsində paylaşıb. Müğənni də bu paylaşıma "ürək" işarəsi atıb.
Bu da onlar arasında sevgi münasibəti haqqında söz-söhbəti qüvvətləndirib.
Lakin dünən İkardinin keçmiş arvadı ilə barışması isə bu söz-söhbətə təkcə son verməyib, həm də Simgenin futbolçuya üstüörtülü xəbərdarlıq edərək "yaançı" deməsinə səbəb olub.
Belə ki, Simge Sağın "Bu, necə də yalançı imiş..." - deyə tvit atıb.
Ləman
Mia.Az