Füzulidə mina axtarışları zamanı insana məxsus olması ehtimal edilən sümüklər aşkarlanıb.

Mia.az  xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, martın 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.