Bu gün 81 gündür Laçın yolunun Şuşadan keçən hissəsində azərbaycanılılar ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiya keçirir.
Mia.az xəbər verir ki, aksiyaya baxmayaraq, Laçın yolu humanitar məqsədlər tamamilə açıqdır.
Bu gün saat 10.05-ə olan məlumata görə, sülhməramlılara məxsus iki maşın yoldan maneəsiz keçid edib.
***
Bu gün saat 11.52-yə olan məlumata görə, sülhməramlılara məxsus daha 13 maşın yoldan maneəsiz keçid edib.
***
Bu gün saat 19.15-ə kimi yoldan daha 56 maşın sərbəst hərəkət edib. Bununla da gün ərzində Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 71-ə yüksəlib.
Zülfiyyə
MİA.AZ