Bloqer Ece Ronay Biliri təhdid və zorlama cəhdində ittiham olunan məşhur türk şoumeni Mehmet Ali Ərbilə hökm oxunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Anadolu 67-ci Cəza Məhkəməsinin hökmünə əsasən, ona 4 ay 15 gün həbs cəzası ilə yanaşı, pul cəriməsi də kəsilib: "Hökmə görə, Ərbil təhdid və təhqirə görə bloqerə 13 min 100 TL pul ödəməklə yanaşı, cinsi təcavüzə görə isə 4 ay 15 gün içəridə "yatacaq"".

Məlumata görə, məhkəmədə şoumen zorlama ittihamını birməanlı rədd edib. O, bildirib ki, sosial şəbəkə fenomeni tərəfindən tələyə salınıb, ona böhtan atılır. 

Xatırladaq ki, ötən iclasda prokuror ona 7 il 3 ay həbs cəzası istəmişdi.

Zülfiyyə,

Mia.Az