"Gül bayramı" və Heydər Əliyevin 91 illiyi münasibəti ilə Azərbaycana gələn müğənni Hadisənin konsert müqabilində alacağı məbləğ məlum olub.

İfaçı bir saat üçün 300 min lirə (112.500 manat) tələb edib: "Hadisə 2003-cü ildə vəfat edən Azərbaycan prezidenti Heydər Əliyevin 91-ci doğum ili ilə əlaqədar mayın 8-i paytaxt Bakıda səhnəyə çıxacaq. Hadisə 1 saatlıq konsert üçün 300 min lirə alacaq”.

Qeyd edək ki, prodüser Tolik sosial şəbəkədə ifaçının Gəncədə konsert verəcəyi haqda məlumat yaymışdı.

Konsert mayın 7-də baş tutacaq.