Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəlsinin müdir müavini Səadət Yusifova mədəniyyət nazirinin müavini təyin edilib.
Mia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, bu gün Mədəniyyət Nazirliyinə Aparat rəhbəri vəzifəsinə təyin olunan Xanlar Ağalarov da bu təyinata qədər Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.
Samir
Mia.az