Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası olub.
Mia.az xəbər verir ki, iclasda bu dəfə də 100-dən çox müraciət araşdırılaraq qərar verilib.
Bildirilib ki, bununla da baxılan müraciətlərin sayı 900-ü ötüb.
Xatırladaq ki, mayın ayının 10-da Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı böyük əfv olacağı gözlənilir.
Samir,
Mia.az