Malatyada bu gün baş verən zəlzələdə çökən binaların altında xilasetmə işləri davam edir.

Mia.az xəbər verir ki, bunu AFAD rəhbəri Yunus Sezer açıqlama vberib.

O bildirib ki, bu dəqiqəyə kimi dağıntılar altından 32 nəfər xilas olunub: "Yaralı sayı 110 nəfərə çatıb".

Xatırladaq ki, bir nəfər həlak olub.

****

Bu gün Malatyanın Yeşilyurd rayonunda daha br zəlzələ olub.

Mia.az xəbər verir ki, yerli vaxtla saat 12.04-də baş verən zəlzələ nəticəsində qəzalı olan 29 bina çöküb, bir nəfər nəfər həlak olub, 69 nəfər yaralanıb.

Faktı AFAD rəhbəri Yunus Sezer açıqlayıb.

O bildirib ki, hazırda hadisə yerində xilasedicilər əməliyyat-axtarış tədbirləri həyata keçirir: "Çox təəssüf k, xəbərdarlığa baxmayaraq, qəzalı binalara əşya götürmək üçün girən vətəndaşlarımız dağıntılar altında qalıb..."

Zülfiyyə

Mia.az