Məşhur aktrisa Vahide Perçinin adına sosial şəbəkələrdə saxta hesab açıb pul yığırlar.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə Aktyorlar Birliyi açıqlama yayıb.
Bildirilib ki, Türkiyə Aktyorlar Birliyinin rəhbəri Vahide Perçinin heç bir sosial media şəbəkəsində hesabı yoxdur: "İctimaiyyətin diqqətinə çatdırırıq ki, Vahide Perçinin adına pul yığmaq üçün açılmış saxta tvitter hesabının ona qətiyyən aidiyyatı yoxdur. Onun ümumiyyətlə, heç bir sosial media hesabı yoxdur. O səbəbdən Vahide Perçinin adından saxta twitter hesabı vasitəsilə göndərilən saxta mesaj və tvitlərə inanmayın. Məsələ ilə bağlı dərhal hüquqi tədbirlər görülməsi üçün müvafiq addımlar atılmaqdadır...".
Ləman
Mia.az