Lerik rayonunda zəlzələ olub.

Mia.az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla bildirir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 11:25-də Yardımlı stansiyasından 22 km cənub-şərqdə qeydə alınıb.

Maqnitudası 3.1, dərinliyi 27 km olan zəlzələ hiss edilməyib.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 06:25-də İmişli rayonunda da zəlzələ olub.