Müğənni Xumar Qədimova xalq artisti Aygün Kazımova ilə münasibətləri haqda yayılan söz-söhbətlərə son qoyub.
Mia.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Şoubiz+” verilişinə açıqlamasında onunla küsülü olmadığını, dostluq münasibətlərinin davam etdiyini bildirib. O, aparıcının "Aygün xanımla aranızda soyuq yellər əsir” sualına belə reaksiya verib:
"Niyə hər hansı sənət yoldaşımdan küsməliyəm? Aygündən niyə küsüm? Küsülü deyilik. Aygün belə deyir? Əgər o məndən inciyibsə, demək, məni çox istəyir”.
X.Qədimova ilk dəfə sevgisindən də danışıb: "Sevgi həyatımda yarımçıqdır, bütövləşməyib. Vəziyyət yaxşı deyil. Yalandan deyə bilmərəm ki, sevgi əladır. Əla deyil, axı”.
"Əgər Aygün məndən inciyibsə, deməli..." - Xumar Qədimova
DİGƏR XƏBƏRLƏR
2025-12-24 14:35
2025-12-23 12:51
2025-12-22 17:09