Türkiyənin 11 şəhərində baş verən zəlzələdə 42 mindən çox insanın ölməsi bu ölkədə böyük bir qorxu yaradıb.

Mia.az xəbər verir ki, ötən gün "Haber Global"a danışan Türkiyənin Kandilli Rəsədxanasının zəlzələ institutunun müdiri, professor Doğan Kalafat verdiyi proqnozla İstanbulda həyəcan yaradıb.

O bildirib ki, 7 il içində İstanbulda 7 baldan yuxarı zəlzələ olacağı gözlənilir: "Bizm edə biləcəyimiz ancaq statistik hesablamalardır.  Hesablamamıza görə, 2030-a qədər 64/100, 2050-də 75/100, 2090-da isə 95/100 ehtimalla İstanbulda güclü zəlzələ olacaq. Şimal Anadolu fay xəttinin orta kəsimində də bir zəlzələ ehtimalı var. Ancaq Mərmərə dənizi qaynaqlı olacaq. Bunun təhlükəsi bəllidir. Mərmərədə fay oradan geçdi, buradan geçdi söhbətlərinə gərək yoxdur. Mərməra dənizinin içərisindən geçən bir qol var və o 7-nin üzərində bir zəlzələ yaradacaq".

Professor deyib ki, bunun yeri bəllidir: "Amma zamanını dəqiq söyləyə bilməmiz mümkün deyil".

Lamiyə

mia.az