Qızı Dilan Çıtak Tatlısəsdən sonra İbrahim Tatlısəs də zəlzələdə evləri dağılan ailələrə Bodrumdakı mənzillərinin qapılarını açıb.
Mia.az xəbər verir ki, bu barədə "Anadolu" açıqlama yayıb.
Xəbərdə sənətçilərin zəlzələdən sonra evsiz qalanlar üçün başlatdığı "Evim yuvan olsun" başlıqlı kampaniyaya İbrahim Tatlısəsin də qatıldığı bildirilib.
Bodrumdakı 5 mənzilini "Evim Yuvan Olsun' kampanyası üçün açan məşhur müğənni digər həmkarlaırna da səslənib: "Siz də "Evim Yuvam Olsun kampanyasına qatılın. İndi yaraları sarımaq zamanıdır. Mən də Bodrumdakı 5 evimi zəlzələdən zşrərçəkənlər üçün açdım. İmkanınız varsa, siz də açın".
Xatırladaq ki, bir həftə əvvəl onun qızı Bodrumdakı villasını evsizlərə verdiyini açıqlayıb.
Ləman
Mia.az