Əldə etdiyimiz məlumata görə, bu gün saat 16.00 radələri üçün nəzərdə tutulan Komissiyanın iclası təxirə salınıb.
Mia.az-a verilən məlumata görə. iclas fevralın 23-də keçiriləcək.
***
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək.
Mia.az xəbər verir ki, iclasda daha 100-dən çox müraciətin araşdırılması planlanıb.
Qeyd edə ki, indiyədək 700-dən çox məhbusun müraciətinə baxılıb.
Məlumat üçün onu da qeyd edək ki, keçmiş baş prokuror Eldar Həsənov, sabiq deputat Hüseyn Abdullayev və digər tanınmış şəxslərin də əfvi üçün müraciət olunub.
Xatırladaq ki, mayın ayının 10-da Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı böyük əfv olacağı gözlənilir.
Samir,
Mia.az