ARDNŞ-in Suraxani rayon Qaz İstismar Sahəsində qaz paylama məntəqəsində çalışan, ARDNŞ "Neftqazelmitədqiqatlayihə” institutunun Elgün Həsənov adlı işçini iş yerində elektrik vurub.
Bu barədə MİA.az-a Həmin məntəqədə çalışan Allahverdi Nağı məlumat verib. Onun sözlərinə görə, E.Həsənov faciədən son andan qurtulub: "Elgünü "tok” elə vurdu ki, əli qapıya yapışıb qaldı. Onun əlini qapıdan bel, yəni "lopotka” ilə vurub ayırdım”. A.Nağı hadisə barədə rəhbərliyə məlumat verdiyini, lakin onların E.Həsənov üçün "Təcili yardım” çağırmaq istəmədiklərini deyib: "Mənə dedilər ki çağırmışıq, sonradan bildim ki aldadırlar”. Lakin sonradan E.Həsənov həkimə aparılıb, hazırda vəziyyəti normaldır.