Türkiyənin zəlzələ olan bölgəsi Hatayda bu gündə daha 3 möcüzə baş verib.
Mia.az TRT-yə istinadla xəbər verir ki, düz 296 saat sonra dağıntılar altından biri uşaq olmaqla 3 nəfər sağ çıxarılıb. Onlardan biri də qadındır.
Məlumata görə, Hatayın Antakya rayonun Türkmənbaşı küçəsindəki çökən binanın altından əməliyyat-axtarış işlərini qırğız xlasedicilər həyata keçirib.
Sağ çıxarılanlar dərhal xəstəxanaya aparılıb.
Ləman,
Mia.az