"Ahbap" Dərnəyinin qurucusu, məşhur müğənni Haluk Levent zəlzələ bölgəsindəki fəaliyyəti dünya mətbuatının gündəmindir.

Mia.az Türkiyə mediasına istinadla xəbər verİr ki, o, fevralın 6-da baş verən zəlzələdən sonra başlatdığı möhtəşəm kampaniya ilə zərərçəkənlər üçün çox böyük məbləğdə pul və xeyli yardım toplayıb.

Onun xüsusilə sənət aləmindən topladığı milyonları necə xərcləyəcəyi müzakirələrə səbəb olub. Bir qrup iddia edir ki, o, həmin pulları AFAD-a təqdim edəcək. Guya bunun üçün ona ciddi təzyiqlər var.

Bu və ya digər müzakirələrlə bağlı Haluk Levent sosial media hesabından ard-arda yeni paylaşımlar edib.

Haluk Levent bildirib ki, bağışlanan pullar onun namusudur və heç bir quruma və ya şəxsə təqdim etməyəcək: "Bu gün axşam saat 22.00-də bir açıqlama verəcəkdim. O qədər çox spekülyasiya var ki... 

Biriləri toplanan pullara "əl qoyulacağı"nı, yaxud "Qızılay" və ya AFAD-a ötürüləcəyini yazıb-pozur. Məsələ daha çox böyüməsin deyə açıqlamamı irəli çəkib, deyirəm: Sizin pulunuz mənim namusumdur! Heç kimsəyə bir qəpik də vermərəm.  Verməyəcəm. Kimsə də məndən istəmədi. Bu saat yüz minlərlə insan evsiz donur. TOKİ ilə görüşdüm. Təcili binalar tikdirəcəyik".

Haluk Leventin ard-arda yazdığı tvitləri aşağıda olduğu kimi təqdim edirik:

Ləman,

Mia.Az