Zəlzələ bölgəsində böyük yardımlaırn axışını təşkil edən "Ahbap" dərnəyinin lideri, müğənni Haluk Levent dağıntılar altından çıxarılan 10 günlük körpəyə ad qoyub.
Mia.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədəki paylaşımında yazıb.
Haluk Levent bildirib ki, körpənin valideynləri onun təşkilatının qurduğu düşərgədə qalır: "Dedilər ki, abi, körpəyə hələ adı qoyulmayıb, sən ad ver".
Müğənninin sözlərinə görə, körpəyə "Mavi" adını verib.
Bu arada müğənni daha bir paylaşım edib.
O, ortaq yayımla keçirilən yardım kampaniyasına çox çalışsa da, canlı qoşula bilmədiyini deyib.
Bildirib ki, sonradan AFAD işçilərini xatırlayıb və 500 min lirə şəxsi hesabından AFAD-a köçürməyə qərar verib.
Ləman,
Mia.az