Türkiyənin 10 şəhərində - Kahramanmaraş, Kilis, Diyarbakır, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda baş verən dəhşətli zəlzələ adıçəkilən şəhərdə xilasetmə ilə yanaşı, çökən binalarla bağlı araşdırmaları gündəmdən düşürmür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xüsusən Hatayda baş verən dəhşətli dağıntıladan sonra xeyli inşaat şirkətinin sahibləri həbs olunub.

Buna paralel olaraq 7.6 və 7.7 bal gücündə iki ardıcıl zəlzələdən sonra bölgədə hansı rayonlarda binaların davamlı olması müzakirəl edilir.

Məlumata görə, zəlzələnin böyük dağıntıya səbəb olduğu və demək olar ki, zərər görməyən binasının olmadığı deyilən Hatayın Antakya rayonunda isə "Ekinci məhəlləsi"ndə çoxmərtəbəli binalardan heç birinin "tükü" tərpənməyib: "Bu məhəllədəki binalardakı bəzi mənzillərdə çox cüzi çatlar var. Amma ümumilikdə binaların heç biri qəzalı deyil. Yəni, zəlzələdən əvvəl necədirsə, yenə də eyni vəziyyətdə yaşayışa tam yararlıdır. Bunu dronla çəkilə fotolar da təsdiqləyir".

Lamiyə,

Mia.az