"Millətimzi bunu haqq etmir".

Mia.az xəbər verir ki, bu sözləri türkiyəli məşhur müğıənni Tarkan paylaşımında yazıb.

O, ölkəsində baş verən dəhşətli zəlzələyə toxunaraq bildirib ki, çox deyilsə də, zamanında tədbir görülsəydi, zəlzələ bu böyüklükdə fəlakət yaratmazdı: "Bilirəm, çox deyilib, amma mən də demədən keçməyəcəm. Zəlzələyə həssas olan ölkəmizdə yetkililər əvvəldən tədbir çağırışlarına qulaq versəydi, bu dərəcədə fəlakət yaşanmazdı. Səhlənkarlığın bədəlini bu millət yenə canı ilə ödədi".

Tarkan daha sonra adı çəkməsə də, yardım toplayan və buna görə bəzi rəsmi dairələr tərəfindən təzyiqlə üzləşdiyi iddia olunan müğənnilər Haluk Leventlə Oğuzhan Uğura üstüörtülü şəkildə dəstək verib:

"Millət olaraq içimiz yanarkən, hər kəs tək ürək olmuşkən, axtarış qrupları, mülki yardım təşkilatlar, və vətəndaşlar günlərdir can-başla ümidlərin sönməməsi üçün mücadilə edərkən, yetkililərdən kimsə səmimi bir üzüntüylə əlini qəlbinə, vicdanına qoyub qəbul etmir bu fəlakətin xətalarını, səhlənkarlıqlaırnı. Əksinə, minlərlə insanın ölümündən sorumlu olanlar deyil, yardıma qaçanları atəşə verirlər. İnanılır kii deyil... Çox yazıq… Millətimiz bunu haqq etmir"

Ləman,

Mia.Az