Kahramanmaraşda zəlzələdən 198 saat sonra daha iki nəfər dağıntılar altından çıxarılıb.
Mia.az Türkiyə mediasına istinadla bildirir ki, zəlzələnin 9-cu günü Kahramanmaraşdakı "Pınar Apartmanı"nın dağıntıları altından 17 yaşında Muhammet Enes və onun 20 yaşındakı qardaşı Baki Yeninar salamat xilas edilib.
Məlumata görə, onlar dərhal təcili yardımla xəstəxanaya aparılıblar.
Zülfiyyə,
Mia.az