Fevralın 6-da Hatayın Antakya rayonunda Akevler məhəlləsində çökən binanın altından bu gün, yəni zəlzələdən 182 saat sonra 13 yaşlı uşaq sağ çıxarılıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, 3 günlük gərgin çalışmadan sonra xilasedicilər dağıntı altında qalan 13 yaşlı Kaan Kuruoğlunun səs duyublar.
3.5 saatlıq tədbirli əməliyyatla ona yetişən xilasedicilər həkimləri çaöğırıb. Həkimlər Kaanın qoluna sistem qoşduqdan somra əməliyyat davam etdirilib. Nəhayət, o, beton dirəklərin altından sağ çıxarılıaraq xəstəxaya qaldırılıb.
Yeri gəlmişkən, 13 yaşındakı Kaanın Kırklareli şəhərindən Hataya qonaq gəldiyi məlum olub.
Kaanın xilasolunma anını danışan Kocaeli xilasedicisi Ali Özdemir deyib ki, onun bu qədər sonra salamat qalması bir möcüzədir: "Kaanla ilk təmasa keçəndə yaxşı idi. O, bizimm səsimizə raksiya verdi, limizi sıxdı. O, 7 mərtəbəli evin 4-cü mərtəbəsində olarkən zəlzələyə "yaxalanıb""
Zülfiyyə,
Mia.Az