Türkiyədəki dəhşçəti zəlzələni 3 gün əvvəldən açıqlayan və dünyada "zəlzələ kahini" kimi tanınan məşhur Frank Hoogerbeets yeni açıqlama verib.
Mia.az xəbər verir ki, o, sosial şəbəkədəki yeni paylaşımında qeyd edib: "Mən qabaqçadan xəbər verən kahin və ya peyğəmbər deyiləm. Yer üzü və planetlərlə bağlı bir araşdırmaçıyım. Bu məqsədlə xüsusi bir yazılı proqram hazırlayıb, onu inkişaf etdirmişəm. Əsla, böyük zəlzələ barədə dəqiq tarix verməmişəm...".
Xatırladaq ki, Türkiyədə baş verən zəlzələ barədə fevralın 3-də paylaşdğı mesajda o, bu zonada güclü zəlzələnin olacağını deyib. Və bu fakt təsdiqləndikdən sonra o, daha çox diqqət mərkəzinə düşüb.
"Kahin" Türkiyə üçün növbəti zəlzələnin fevralın 15 və 16-ı üçün də gözlənildiyini deyib: "Amma bunlar əvvəlki kimi gücvlü olmayacaq".
Zülfiyyə
MİA.AZ