Türkiyə Daxili işlər naziir Süleyman Soylu Kahramanmaraşdan xalqa səslənib.
Mia.az NTV-yə istinadla xəbər verir ki, o, xalqdan yardım istəyib: "Bəziləri deyir ki, daha heç nə göndərməyin. Onlara inanmayın. Əlinizdə nə varsa, göndərin. Burada milyonlarla insan var ki, bu saat çox şeyə ehtiyacı var. Anbarlarımız əşyalar, qidalar, bir sözlə, hər şey üçün boşdur. Gözləyirk. Ən azə bu bölgədə aş qaynaması üçün yardım gərəkir. Xüsusən yemək bişirmək üçün qida ləvazimatlarıa daha çox ehtiyac var".
Nazir hazırda zəlzələ bölgəsində təxminən 300 min nəfərin işlədiyini deyərək, çökən binalrın yerində bir il əzrində yeni evlərin tikilərək sahiblərinə təslm ediləcəyini bildirib: "Prezidentimiz bu barədə açıqlama verib. Bu da o deməkdir ki, bir il bu zonada aş qaynayacaq, onun üçün yardımınızı əsirgəməyin. Bu qədər açıq deyir və köməl gözləyirik".
Samir MUSAYEV
Mia.az