Bu gün Laçın yolunda azərbaycanlı könüllülərin ermənilərin ekoloji terroruna qarşı fasiləsiz aksiyasından 64 gün keçir.
Mia.az xəbər verir ki, etirazçılar bu gün də dövlət himni ilə aksiyanı açıq elan edərək, ermənilərin ekoloji terroruna və sülhməramlıların nəzarətlərində olan ərazilərdə monitorinqə imkan yaratmaları barədə tələbləri əks etdirən plakatlar qaldırıblar.
Qeyd edək ki, erməni tərəfinin uydurmasına baxmayaraq, yol humanitar məqsədlər üçün tamamilə açıqdır.
Bu gün saat 10.00-dək Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 6, sülhməramlılara məxsus isə 8 maşın Xankəndidən Laçına doğru yollanıb.
***
Bu gün saat 12.15-ə olan məlumata görə, Laçın yolunda sülhməramlılara məxsus daha 13 maşın Xankəndidən Laçın istiqamətinə hərəkət edib.
***
Bu gün sat 15.00-a olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 6 maşın Laçından Xankəndiyə, sülhməramlılara məxsus isə daha 3 maşın aksiyanın keçirildiyi yoldan maneəsiz hərəkət edib.
***
Bu gün saat 18.15-ə olan məlumata görə, Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 22 maşın sərbəst keçid edib.
Bununla da gün ərzində aksiya keçirildiyi ərazidən keçən sülhməramlılara məxsus maşınların sayı 47-yə yüksəlib.
Samir
Mia.az