"Bu ana qədər minlərlə TIR dolu yardım zəlzələ bölgəsinə gəlir".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan Malatyada çıxış edərkən deyib.

Prezident deyib ki, ən qısa zamanda bölgədə çatışmayan hər şey qaydasına düşəcək.

O, eyni zamanda, zəlzələ bölgəsində yaranan boşluqdan istifadə edərək, kütləvi oğurluq və yağma ilə məşğul olanlara sərt xəbərdarlıq edib: "Biz 3 aylıq fövqəladə vəziyyəti də məhz bu tiplərə görə elan etdik. Onların hər biri cəzasını alacaq".

Ərdoğan,sosial şəbəkələrdə təxribat xarakterli məlumat yayanlara əsla və əsla inanmamağa çağırıb və deyib ki, belələri ilə bağlı tədbirlər görülür, görüləcək.

Przident, həmçinin ərazidə xidmət edən polis, əsgər, həıim və digər qurumların əməkdaşlaırna bir daha təşəkkür edib.

Samir,

Mia.az