Türkiyədə baş verən zəlzələdə ölənlərin sayının kəskin artması dəıfn mərasimlərini də çətinləşdirİb.
Mia.az NTV kanalına istinAdla xəbər verir ki, rəsmilər xüsusən Hatayda hər keçən gün vəziyyətin daha da ağırlaşmasını nəzərə alaraq Antakya rayonunda "zəlzələ qəbiristanlığı" yaradıb.
Həmin məzarlıqda cəsədlər traktorlarla qazılan qəbrlərdə ümumi cənazə namazı qılınaraq dəfn ollunurlar.
Məlumata görə, bəzən cəsədləri yumaq və onları kəfənə bükmək mümkün olmur.
Kimliyi bilinməyən cəsədlərdən barmaq izi və qan analizləri götürülərək nömrələnmiş qəbrlərdə dəfn edilir.
O da qeyd olunur ki, ölüsünü özü dəfn etmək istəyən ailələrə isə cəsədi götürərək, istədikləri məzarlıqda dəfn edirlər.
Türkiyəni və dünyanın sarsıdan zəlzələdə həlak olanların dəfn olunduğu məzarlıqdan fotoları təqdim edirik:
Samir MUSAYEV
Mia.az