Bir çox əyləncəli verilişlərin aparıcısı və İngiltərədə futbol klubunun sahibi olan Acun Ilıcalı zəlzələ ilə bağlı dünyaya müraciət edib.
Mia.az xəbər verir ki, "İnstagram"da 13,6 milyon təqibçisi olan Acun Ilıcalı AFAD və Qızıl Aypara Cəmiyyətinin yardım hesablarını paylaşaraq, dünyaya səslənib: "Türkiyə yıxıcı zəlzələdən sarsılıb və dördüncü səviyyə həyəcan siqnalı verib. Bu, ölkəmizin tarixindəki ən böyük fəlakətdir. Dağlntıa ltında qalan insanlarımızın sizlərin yardım və dəstəyinə ehtiyacı var. Dünyanın hər yerindəki bütün dostlarm, lütfən, yardım edin...".
Xatırladaq ki, "Ahbap" Dernəyininn başkanı, müğənni Haluk Levent "Twitter"də paylaşıb ki, Acun Ilıcalı bölgəyə çox böyük yardım edib: "Sevgili Acun Ilıcalı bölgəyə 100 TIR su göndərir. Ayrıca sığınacaqların içini vacib əşyalarla doldurmaq üçün 5 milyon tl dəyərində müxtəlif əşya göndərəcəyinə söz verdi...".
Ləman,
Mia.az