Əməkdar artist Mətanət İsgəndərli qohumlarının Türkiyədə Kahramanmaraşda baş verən zəlzələdə həlak olduğunu deyib.
Müğənni bu haqda "Elgizlə izlə" verilişində danışıb. O bildirib ki, qızı Ülkərin ailə qurduğu Enginin xalası da zəlzələ olan bölgədə yaşayır:
"Qızlarının birinin 10, digərinin isə 12 yaşı var idi. İki uşaq da ölüb. Bircə oğul övladları qalıb. Ata, ana o qədər səbrlidirlər ki... Deyirlər, biz sevinirik ki, qızlarımın ikisi də bir yerdədirlər, darıxmayacaqlar. Gör, ana nə deyir. Onunla özünə toxtaxlıq verir. Özü də övladlarına necə bağlı ailə idi"./qaynarinfo