Türkiyədə fevralın 6-da iki dəfə dalbadal baş verən 7.7 və 7.6 bal gücündəki zəlzələ iki şəhəri xarabalığa çevirib.

Mia.az Türkiyə mediasıəna istinadla xəbər verir ki, həm Kahramanmaraş, həm də Hatayın dronla yeni görüntüləri çəkilib.

Ortaya çıxan mənzərə isə zəlzələnin dəhşətli dağıntıılarını üzə çıxarıb.

Xatırladaq ki, zəlzədə ən çox vəfat insan məhz bu iki şəhərdə olub. Hazırda da bu iki şəhər daxil, 6 şəhərdə xilasetmə işləri davam edir.

Şanlıurfa və Kilisdə isə xilasetmə əməliyyatları yekunlaşıb.

Ümumilikdə bu günədək 16 min nəfərdən çox insan zəlzələdə ölüb, 64 mindən çox yaralı var.

Lamiyə,

Mia.Az